ADEX 2026 və “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransı keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

ADEX 2026 və “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransı keçirildi

First News Media16:39 - Bu gün
ADEX 2026 və “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransı keçirildi

2026-cı il 22 sentyabr tarixində ADEX 2026 - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” - 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi.  

Tədbirdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev, "Caspian Event Organisers" şirkətinin Baş direktoru Fərid Məmmədov, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Mətbuat xidməti sektorunun müdiri Nərmin Əhmədova, eləcə də ADEX və “Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova çıxış etdi.

Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri, müvafiq dövlət strukturlarının təmsilçiləri və tədbirin təşkilat komitəsinin üzvləri iştirak etdilər.

Mətbuat konfransının əsas hissəsi başa çatdıqdan sonra iştirakçılar və media nümayəndələri üçün Zəfər Muzeyinə tur təşkil olundu. Tur çərçivəsində iştirakçılar muzeyin ekspozisiyası ilə yaxından tanış oldular.

30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən ADEX 2026 –  6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək. Paralel olaraq, 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi - “Securex Caspian” təşkil olunacaq.

Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

ADEX sərgisinin Baş sponsoru “Roketsan” şirkəti,  Ölkə tərəfdaşı sponsoru isə “Northrop Grumman” şirkətidir. Sərginin sponsorları qismində həmçinin “Absheron Hotel Group”, “Accurate MMC” və “Bilboard.al” şirkətləri çıxış edir.

ADEX və “Securex Caspian” barədə yenilənən məlumatları sərgilərin rəsmi internet saytlarından (www.adex.azwww.securexcaspian.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.  

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər