Suraxanıda 11 kq narkotik aşkarlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda 11 kq narkotik aşkarlanıb - VİDEO

First News Media12:06 - Bu gün
Suraxanıda 11 kq narkotik aşkarlanıb - VİDEO

Bakının Suraxanı rayonunda 11 kiloqram narkotik aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb.

Ondan 11 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər