Azərbaycan-Suriya Biznes Şurası yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Qafar Ağayev12:29 - Bu gün
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb.

1news.az xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı panel sessiyada deyib.

Nazir bildirib ki, Suriya dünya ilə iqtisadi əlaqələrini bərpa edir və ölkəyə xarici investisiyaların cəlb olunmasına çalışır.

Onun sözlərinə görə, hazırda Suriya iqtisadiyyatının yenidən qurulması istiqamətində işlər aparılır, həmçinin qanunvericilik investorlar üçün daha əlverişli mühitin yaradılması məqsədilə yenilənir.

“Biz yalnız kapital axtarmırıq. Biz ağıllı kapital, daha keyfiyyətli kapital və tərəfdaşlıq axtarırıq. Biz yardım axtarmırıq. Bizimlə tərəfdaşlıq edəcək investorlar axtarırıq”, – deyə nazir vurğulayıb.

Mohammad Nidal al-Shaar qeyd edib ki, Suriya son 15 ildə itirdiyi texnologiya transferini də bərpa etməyə çalışır.

Nazir Suriya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına da toxunub. O bildirib ki, Azərbaycan-Suriya Biznes Şurasının yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər