Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

1news Redaksiyası16:55 - Bu gün
Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini ölkə Prezidenti Sercio Mattarellaya təqdim edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Sentyabrın 28-də Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim etmək şərəfinə nail olub və rəsmən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsinin icrasına başlayıb", - məlumatda qeyd olunub.

Mərasim Romadakı Kvirinal sarayında keçirilib. Etimadnamənin təqdim olunmasından sonra ikitərəfli görüş baş tutub.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər