İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib - FOTO

15:35 - Bu gün
İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib - FOTO

Bakıda səfərdə olan FIFA prezidenti Canni İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib.

1news.az xəbər verir ki, İnfantino qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub.

Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq.

Qeyd edək ki, FIFA prezidentinin səfərinin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıqlarla tanış olmaqdır.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər