Qəzzada ölənlərin sayı 74 min 23-ə yüksəlib | 1news.az | Xəbərlər
Dünya

Qəzzada ölənlərin sayı 74 min 23-ə yüksəlib

Oksana Orucova14:39 - Bu gün
Qəzzada ölənlərin sayı 74 min 23-ə yüksəlib

Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına qarşı hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölənlərin sayının 74 min 23 nəfərə çatdığını açıqlayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 1 nəfərin meyiti gətirilib. İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda isə 13 nəfər yaralanıb.

Qəzza zolağında İsrail ordusunun hücumları davam edərkən, dağıntılar altında qalanların axtarışı və meyitlərin çıxarılması işləri də sürdürülür.

Nazirliyin açıqlamasında bildirilib ki, İsrail və HƏMAS arasında 10 oktyabr 2025-ci ildə Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasından sonra ölənlərin ümumi sayı 1 422 nəfərə, dağıntılar altından çıxarılan meyitlərin sayı 834 nəfərə, yaralıların sayı isə 4 996 nəfərə çatıb.

Açıqlamaya əsasən, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 74 min 23 nəfər, yaralananların sayı isə 175 min 111 nəfər olub.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər