Gəncədə zəhərlənən şagirdlərin vəziyyəti necədir? - TƏBİB-dən açıqlama - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə zəhərlənən şagirdlərin vəziyyəti necədir? - TƏBİB-dən açıqlama - YENİLƏNİB

Qafar Ağayev14:31 - Bu gün
Gəncədə zəhərlənən şagirdlərin vəziyyəti necədir?  - TƏBİB-dən açıqlama  - YENİLƏNİB

Gəncədə 5 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

1news.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də saat 12:30 radələrində 5 qadın zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.

*** 

14:14

Gəncə şəhərində orta məktəblərdən birində zəhərlənmə hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, hadisə nəzarətə götürülüb və AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, “Qafqazinfo”nun yaydığı məlumata görə, Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib.

Zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə çatdırılıb.

İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyeva şirniyyatdan zəhərləniblər.

Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər