Avropada virus həyəcanı: Ölənlərin sayı artır | 1news.az | Xəbərlər
Dünya

Avropada virus həyəcanı: Ölənlərin sayı artır

Oksana Orucova14:52 - Bu gün
Avropada virus həyəcanı: Ölənlərin sayı artır

Niderlandda Qərbi Nil virusu səbəbilə ölənlərin sayı artıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Niderland Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) son həftələrdə daha 4 nəfərin virus səbəbilə həyatını itirdiyini açıqlayıb.

Son ölümlərlə birlikdə Niderlandda bu il Qərbi Nil virusundan ölənlərin sayı 9-a çatıb.

Ölkədə 6 ildən sonra yerli mənşəli ilk Qərbi Nil virusu infeksiyası avqust ayında aşkarlanıb. Həmin vaxtdan etibarən ölkədə qeydə alınan ümumi yoluxma sayı 56-ya yüksəlib.

RIVM son həftələrdə yeni yoluxmaların sayında azalma müşahidə edildiyini və epidemiyanın, ehtimal ki, pik həddinə çatdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Qərbi Nil virusu əsasən ağcaqanadlar vasitəsilə insanlara ötürülür. Yoluxan hər 150 nəfərdən təxminən birində xəstəlik ağır formada inkişaf edə bilər.

ÜST Avropada bu il rekord səviyyədə isti hava dalğalarının müşahidə edildiyini və temperaturun yüksəlməsinin ağcaqanadların Qərbi Nil virusunu yayması üçün daha əlverişli şərait yaratdığını açıqlayıb.

Qərbi Nil virusuna yoluxma hallarının Yunanıstan və İtaliyada da artdığı bildirilir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər