Yaşar Gülər Şuşada “Birliyin Gücü-2026” təlimini izləyir - FOTO
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Şuşada keçirilən “Birliyin Gücü-2026” təliminin “Seçkin müşahidəçi günü” tədbirlərində iştirak edir.
1news.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi təlimdə Türkiyə və Özbəkistan hərbçiləri də iştirak edir.
Yaşar Gülər Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı, admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı, ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Rafet Dalkıranla birlikdə Şuşadakı təlim bölgəsinə gedib.
Türkiyənin milli müdafiə naziri Azərbaycan müdafiə naziri, ordu generalı Zakir Həsənovla birlikdə təlim poliqonunda nümayiş etdirilən və təlim zamanı istifadə olunan silah, sursat və texnologiyaları da nəzərdən keçirib.















