Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlandı

1news Redaksiyası12:33 - Bu gün
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb.
 
1news.az xəbər verir ki, ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Araşdırma davam etdirilir.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər