Xırdalanda avtomobil qadını vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda avtomobil qadını vuraraq öldürüb

1news Redaksiyası15:36 - 01 / 10 / 2026
Xırdalanda avtomobil qadını vuraraq öldürüb

Bakı-Quba avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

1news.az report-a istinadən xəbər verir ki, hadisə zamanı yolu keçmək istəyən 36 yaşlı Yasəmən Dadaşovanı "Ford" markalı avtomobil vurub.

Zərbənin təsirindən ağır xəsarətlər alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər