Bülbül prospektində mikromobillik zolağı genişləndirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bülbül prospektində mikromobillik zolağı genişləndirildi - FOTO

Qafar Ağayev16:04 - Bu gün
Bülbül prospektində mikromobillik zolağı genişləndirildi - FOTO

Bülbül prospektində mikromobillik zolağı Salatın Əsgərova küçəsinədək uzadılıb.

1news.az xəbər verir ki, Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, Bülbül prospektinin Mirzəağa Əliyev küçəsi ilə Neftçilər prospekti arasındakı hissəsində mövcud mikromobillik zolağı uzadılaraq Salatın Əsgərova küçəsinədək davam etdirilib.

Ərazidə müvafiq yol nişanlarının quraşdırılması həyata keçirilir. Yaxın günlərdə təhlükəsizlik sədlərinin də quraşdırılması nəzərdə tutulur.

Hazırda Bakı şəhərində mikromobillik zolaqlarının ümumi uzunluğu 67,5 kilometrə çatıb. Şəhər konsepsiyası çərçivəsində bu şəbəkənin daha da genişləndirilməsi planlaşdırılır.

Mikromobillik infrastrukturunun inkişafı istifadəçi sayının artmasına da təsir göstərib. Belə ki, 2026-cı ilin sentyabr ayında Bakı ərazisində velosiped və skuterlərdən istifadə ilə bağlı 548 min sifariş qeydə alınıb.

Ötən ay velosiped və skuterdən istifadə edənlərin sayı 264 050 nəfər, qət edilən ümumi məsafə isə 2 milyon 648 min kilometr təşkil edib.

Qeyd olunub ki, bu göstəricilər mikromobillik vasitələrinin sifarişi, istifadəsi və qət edilən məsafə üzrə rekord nəticələrdir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər