Gömrükdə bəyan edilməyən 4752 ədəd kosmetik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükdə bəyan edilməyən 4752 ədəd kosmetik vasitə aşkarlanıb

1news Redaksiyası15:45 - Bu gün
Gömrükdə bəyan edilməyən 4752 ədəd kosmetik vasitə aşkarlanıb

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən kosmetik vasitələr aşkar olunub.

Bu barədə 1news.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

“Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Gömrük əməkdaşları tərəfindən həyata keçirilən yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 4752 ədəd kosmetik vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər