Ziya Bünyadov prospektində hərəkətlə bağlı gecə məhdudiyyət olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ziya Bünyadov prospektində hərəkətlə bağlı gecə məhdudiyyət olacaq

1news Redaksiyası13:10 - Bu gün
Ziya Bünyadov prospektində hərəkətlə bağlı gecə məhdudiyyət olacaq

Oktyabrın 4-də Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən yolötürücülərində instrumental müayinə işləri çərçivəsində Ziya Bünyadov prospektində yolötürücüsü müayinə olunacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, müayinə işləri gecə saat 01:00-dan 05:00-dək həyata keçiriləcək.

İnstrumental müayinə işlərinin digər yolötürücülərində də davam etdirilməsi nəzərdə tutulur. Belə ki, oktyabrın 10-da M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-də yerləşən Ekologiya postunda, oktyabrın 11-də isə həmin avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı hissəsində müayinə aparılacaq.

Müayinələr körpü və yolötürücülərinin etibarlı istismarına, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər