DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

Qafar Ağayev10:39 - Bu gün
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağışlı və çiskinli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

1news.az xəbər verir ki, İdarədən bildirilib ki, yağıntılı hava zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha diqqətli və məsuliyyətli davranmağı tələb edir.

Sürücülərə hava şəraitini düzgün qiymətləndirmək, meteoroloji şəraitə uyğun sürət həddi seçmək, avtomobillərin şüşəyuyan və şüşəsilgəc sistemlərinin işlək vəziyyətdə olmasına diqqət yetirmək tövsiyə olunub.

Həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlamalar etməmək barədə xəbərdarlıq edilib.

DYP piyadalara da müraciət edərək onları yağışlı hava şəraitində təhlükəsizlik qaydalarına daha ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa çağırıb.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər