Serbiya rəsmisi: Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir | 1news.az | Xəbərlər
Siyasət

Serbiya rəsmisi: Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir

Qafar Ağayev13:53 - Bu gün
Serbiya rəsmisi: Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir

“Serbiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”.

1news.az xəbər verir ki, bunu Serbiyanın Xarici İşlər Nazirliyinin Baş katibi Duşan Kozarev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

O, Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib və iki ölkə və xalqlar arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

Kozarev bildirib ki, Serbiyanın itkin şəxslər məsələsinin həlli sahəsində təcrübəsi münaqişələrdən zərər çəkmiş digər regionlar üçün də faydalı ola bilər.

O, məhkəmə-tibb ekspertizası, insan qalıqlarının araşdırılması, kütləvi və gizli məzarlıqlarla bağlı işlər üzrə Serbiyanın təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, İtkin Şəxslər üzrə Beynəlxalq Komissiya, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Serbiya rəsmisi əlavə edib ki, humanitar prinsiplər, peşəkar ekspertiza və beynəlxalq əməkdaşlıq münaqişədən sonrakı mürəkkəb şəraitlərdə belə konkret nəticələr verə bilər.

“İtkin şəxslərin taleyinə aydınlıq gətirilməsi mühüm humanitar öhdəlikdir və etimadın yaradılmasına, barışığa və davamlı sülhə töhfə verir”, – Kozarev bildirib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər