FHN Bakıda hotelin fəaliyyəti dayandırıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Bakıda hotelin fəaliyyəti dayandırıldı - VİDEO

Qafar Ağayev10:54 - Bu gün
FHN Bakıda hotelin fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb.

Bu barədə 1news.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Golden Street” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Məlum olub ki, mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər