Azərbaycanda 9 ayda 620 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-sentyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 620 yeni dövlət standartı qəbul edib.
1news.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, bunun 92-si nəqliyyat, 71-i istehsal mühəndisliyi, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü mebel, 42-si neft-qaz, kimya və əlaqəli texnologiya, 39-u maşınqayırma, 38-si tekstil və dəri texnologiyası, 36-sı əməyin təhlükəsizliyi, 32-si uşaq malları, 24-ü tikinti materialları, 23-ü informasiya və telekommunikasiya, 21-i məişət və ticarət avadanlıqları, 19-u energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika, 18-i yanğından, partlayışdan və digər təhlükələrdən qorunma, 15-i bina qurğuları, 11-i idarəetmə və keyfiyyət, 8-i turizm, 7-si istehlak malları, 7-si metrologiya, ölçmə sistemləri və cihazlar, 5-i sənədləşdirmə və nəşriyyat, 4-ü hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 3-ü zərgərliklə bağlı olub.
Məlumata görə, eyni zamanda 28 dövlət standartı üzrə dövri yoxlanılma aparılıb və ya dəyişikliklər edilib, 27 dövlət standartı isə ləğv olunub. Bundan başqa, sahibkarların müraciəti əsasında 96 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.












