Bakıda 26 yaşlı gəncin cəsədi yaşadığı evdə tapılıb
Bakıda gənc oğlanın meyiti tapılıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
2000-ci il təvəllüdlü Amid Məzahir oğlu Salmanlının meyitini yaxınları evin həyətində aşkar ediblər.
Yaxınlarının bildirdiyinə görə, 2019-cu ildə Amidin atası Məzahir Salmanov 47 yaşında arısancmasından ölübmüş.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
49












