Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

1news Redaksiyası11:52 - Bu gün
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə də oktyabrın 7-də bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin oktyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər