Bakı-Qazax yolunda qəza: 5 nəfər xəsarət aldı
Bakı-Qazax yolunda qəza baş verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub.
Qəza zamanı beş nəfər - Röyal Məmmədov (1988), Zeynal Namazov (1991), Samir Abdullayev (1998), Elxan Nəsibov (1999) və S. Bayramov (2024) xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.
Faktla bağlı araşdırma başlanılıb.
69












