Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

1news Redaksiyası17:52 - Bu gün
Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

1news.az xəbər verir ki, qonaq Fəxri xiyabanda Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Şəhidlər xiyabanına gələn Maka Boçorişvili Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Paylaş:
32

Son xəbərlər

Bütün xəbərlər