Badamdarda sürüşmə təhlükəsi: Çatlarda genişlənmə var | 1news.az | Xəbərlər
Siyasət

Badamdarda sürüşmə təhlükəsi: Çatlarda genişlənmə var

1news Redaksiyası15:30 - Bu gün
Badamdarda sürüşmə təhlükəsi: Çatlarda genişlənmə var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparılır.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.

Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər