Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı

Qafar Ağayev15:07 - Bu gün
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı

İstanbul Respublika Baş Prokurorluğunun kapital bazarlarında aparılan əməliyyatlarla bağlı başlatdığı fond istintaqı üzrə yeni inkişaf qeydə alınıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, iş üzrə prokurora iki dəfə ifadə verən Türkiyənin keçmiş Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Fatma Betül Sayan Kaya noyabrın 6-da "cinayətkar təşkilata üzv olmaq" və "Kapital Bazarları Şurası (SPK) haqqında qanunu pozmaq" ittihamları ilə həbs edilmişdi.

Paylaş:
33

Son xəbərlər

Bütün xəbərlər