Azərbaycan-Litva münasibətlərində futbol diplomatiyası da mühüm rol oynayır

"Çox vacib bir məqam da var - bu axşam keçiriləcək futbol oyunu".
1news.az xəbər verir ki, bu fikirləri Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
"Bu, futbol diplomatiyasının praktikada necə işlədiyini göstərir: Valdas Dambrauskas və "Sabah" futbol klubu bu axşamkı oyuna hazırlaşır. Biz nazirlə birlikdə orada olacaq, bütün sahələrdə olduğu kimi bu meydanda da qələbəyə azarkeşlik edəcəyik".
34











