6 yaşlı qızı qan xərçəngi olan atanın harayı: Aylinimi xilas edin! – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

6 yaşlı qızı qan xərçəngi olan atanın harayı: Aylinimi xilas edin! – FOTO

14:30 - 23 / 01 / 2020
6 yaşlı qızı qan xərçəngi olan atanın harayı: Aylinimi xilas edin! – FOTO

Qızı ağır xəstəliyə düçar olan çarəsiz ata yardım üçün redaksiyamıza müraciət edib.

Rail Həsənov ailəsi ilə birlikdə Zaqatalanın Qandax kəndində yaşayır. Ailənin bir oğlu, bir qızı var.

R.Həsənovun sözlərinə görə, 2018-ci ilin avqust ayında axşam saatlarında evdə oturan zaman anidən 5 yaşlı Aylin özünü pis hiss etməyə başlayıb, bir qədər sonra isə qızcığazın dodaqları göyərib. Ailəsi dərhal onu Zaqatala şəhər xəstəxanasına çatdırıb. Müayinədən sonra həkimlər qızın vəziyyətinin ağır olduğunu bildirərək onu təcili Bakıya aparmağı məsləhət görüblər.

“Avqustun 4-də Aylini Bakıya – Qanköçürmə İnstitutuna gətirdik. Burada ondan qan və ilik analizi götürdükdən sonra qızıma leykoz – qan xərçəngi diaqnozu qoydular. Sanki dünya başımıza yıxıldı, pərişan olduq”.

Ailə olan-qalan nəyi varsa satıb balaca Aylinin müalicəsinə sərf edib. Pulları qurtardıqda isə böyük məbləğdə borca pul götürüb:

“Rusiyada tikinti şirkətində işləyirdim. Orada qazandığım 6 min manatı Aylinin müalicə xərclərini ödəmək üçün sərf etdim. Pulumuz qurtardıqda isə maşınımı, 15 baş inəyimizi, 50 başa yaxın qoyunumuzu satdıq. Yaxın adamlar, dost-tanışlar da bizə dəstək oldular”.

Artıq Aylinin müalicəsini davam etdirmək üçün maddi imkanlarının olmadığını deyən R.Həsənov imkanlı, xeyirxah şəxslərə səslənərək onlardan balasını ağır xəstəlikdən xilas etmək üçün kömək etmələrini xahiş edir:

“Aylin ayda bir dəfə Bakıda, hər həftə isə Zaqatalada kimya terapiyası alır. Saçı tamamilə tökülüb. Bir ildən artıqdır müalicə almasına baxmayaraq səhhətində ciddi irəliləyiş yoxdur, əksinə, vəziyyəti hər gün daha da pisləşir. Başında, onurğa hissəsində də xəstəliklər yaranıb. Çox halsızdır. Suyu belə güclə içir. Qızımızın gözümüzün önündə əzab çəkməsinə artıq dözə bilmirik. Bunu sözlə anlatmaq, izah etmək mümkün deyil.

Müalicəsini davam etdirmək üçün böyük məbləğdə pul lazımdır. Bizim isə artıq buna imkanımız yoxdur. Əlimizdə olan-qalan nə varsa satmışıq, xeyli borca girmişik. Artıq heç bir imkanımız yoxdur. Ümidimiz ancaq cənab Prezidentə, Mehriban xanıma və xeyirxah insanlaradır. Xahiş edirəm balaca Aylinimi xilas edin!”

Babək Cahandarov

Paylaş:
12621

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər