1news.az

Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı - CƏDVƏL

4 İyun saat 16:08 ~ 1 dəqiqəlik oxu 3200
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı - CƏDVƏL

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb.

Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.

Yeni hərəkət cədvəlini təqdim edirik.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net