1news.az

Ağcabədidə dəhşət: iki qardaşı yandırdılar

6 Aprel saat 10:53 ~ 1 dəqiqəlik oxu 524
Ağcabədidə dəhşət: iki qardaşı yandırdılar

Ağcabədi rayonunda dəhşətli hadisə baş verib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, rayonun Boyat kənd sakini Amil Əmrahov həmkəndliləri Ehtiram Əliyev və Yaşar Əliyevlə mübahisə edib. Mübahisə nəticəsində A.Əmrahov E.Əliyev və Y.Əliyevin üzərilərinə benzin tökərək yandırıb.

E.Əliyev və Y.Əliyev qardaşları Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər. Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, hadisə söyüş üstündə olub. Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net