Şəkidə kanat faciəsinin təfərrüatı: Tros qırılıb, yoxsa? | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə kanat faciəsinin təfərrüatı: Tros qırılıb, yoxsa?

First News Media13:43 - Bu gün
Şəkidə kanat faciəsinin təfərrüatı: Tros qırılıb, yoxsa?

"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

1news.az xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata əsasən, hadisə qoşaçarxlı kanat tipli qurğudan istifadə zamanı baş verib.

Məlumata görə, Bakıdan Şəki şəhərinə istirahətə gedən 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov qurğudan istifadə edərkən trosun və qurğunun digər hissələrinin texniki vəziyyəti yoxlanılmayıb. Onlar qurğuda hərəkətdə olarkən kanat tipli qurğunun asılqanlı diyircəyinin trosdan çıxdığı bildirilir.

Hadisə nəticəsində hər iki şəxs dünyasını dəyişib.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verib. İlkin məlumatda kanat yolunun trosunun qırılması nəticəsində iki nəfərin yüksəklikdən düşərək öldüyü bildirilmişdi. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər