AQTA 17 minə yaxın obyektdə reydlər keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA 17 minə yaxın obyektdə reydlər keçirib

11:40 - 07 / 07 / 2020
AQTA 17 minə yaxın obyektdə reydlər keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusun (COVID-19) profilaktikası çərçivəsində nəzarət tədbirlərini gücləndirib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, 21 may-05 iyul 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 876 turizm və otelçilik, 7 099 ictimai iaşə obyekti, 9 023 ərzaq satışı mağazası olmaqla ümumilikdə 16 998 müəssisədə reydlər keçirilib. Keçirilən reydlər zamanı uyğunsuzluq aşkarlanan 5 turizm və otelçilik, 209 ictimai iaşə və 326 ərzaq satışı ilə məşğul olan müəssisələr barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmçinin 13 ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisə və 27 ictimai iaşə müəssisəsi barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir.

Qeyd edək ki, Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndirmə tədbirləri çərçivəsində respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində yerləşdirilib.

Görülən bütün tədbirlərə, verilən tövsiyələrə baxmayaraq bəzi ictimai iaşə və ərzaq məhsullarının satışı ilə məşğul olan subyektlərdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinin pozulması halları hələ də aşkarlanmaqdadır.

Təəssüflə bildiririk ki, cəmiyyətdə koronavirusla (COVID-19) mübarizə tədbirlərinin pozulması halları davam etdiyindən hər gün yüzlərlə vətəndaşımız virusa yoluxmaya məruz qalır. Yoluxma sayının artmasında əsas səbəblərdən biri də bəzi vətəndaşların istər sahibkar, istər istehlakçı üzərinə düşən, əslində çox sadə məsələlərin - sosial məsafə, maska taxmaq və əllərin mütəmadi dezinfeksiyası və s. bu kimi qaydalara əməl etməməsidir:

"Prosesdə iştirak edən bütün tərəflərin - sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə təhlükəsiz qida nəzarətçisinə çevrilməsi vacibdir. AQTA hər bir sahibkarı və istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edir.

Qida Təhlükəsizliyi Agentliyi bir daha ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlara və ictimai iaşə subyektlərinə müraciət edərək, koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, bu sahədə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş metodiki göstərişlərin tələblərinə ciddi şəkildə riayət etməyə çağırır".

Qafar Ağayev

Paylaş:
462

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər