Arif Rəhimov: “Yarış ləğv olunsa Azərbaycan maddi itki ilə üzləşməyəcək” | 1news.az | Xəbərlər
FORMULA 1

Arif Rəhimov: “Yarış ləğv olunsa Azərbaycan maddi itki ilə üzləşməyəcək”

16:30 - 30 / 04 / 2020
Arif Rəhimov: “Yarış ləğv olunsa Azərbaycan maddi itki ilə üzləşməyəcək”

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimovun 1news.az-a eksklüziv müsahibəsi.

Son bir neçə həftə ərzində 1news.az saytı 5-7 iyun tarixlərində baş tutmalı olan, lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan Formula-1 üzrə Azərbaycan Qran-prisinin taleyi ilə bağlı dəfələrlə xəbərməqalələr dərc edib.

Bu günə qədər nəinki tək Bakı yarışı ilə bağlı heç bir aydınlıq yoxdur, ümumiyyətlə, bütün “kral yarışlarının” mövsümünün taleyi böyük sual altındadır. Təqvim, hətta əvvəlcədən təsdiqlənməsə belə. Əksinə, hər gün yarışların təqviminin dəyişdirilməsi və ya ləğvi ilə bağlı yeni xoşagəlməz xəbərlər alırıq. Bir neçə gün əvvəl məlum oldu ki, Fransa Qran-prisi 2020-ci ildə baş tutmayacaq.

Mövsümün başlanmasına gəlincə, çox güman ki, bu, iyulun 5-də Avstriyada olacaq. Bunlar Formula-1 rəhbərliyinin ilkin planlarıdır. Azərbaycan Qran-prisinə gəlincə, əlverişli şəraitdə yarışın sentyabrda və ya oktyabrda keçiriləcəyi gözlənilir. Buna görə, iyunun sonu - iyulun əvvəlində yerli promouter əmin olmalıdır ki, Bakının iştirakçıları və Formula-1 azarkeşlərini qəbul etməsi üçün bütün imkanlar və şərtlər var. Hazırlığı çətinləşdirən məqam Azərbaycanın Qran-prini tamaşaçılarsız qəbul etmək niyyətində olmamasıdır. İyun ayının sonuna qədər koronavirus pandemiyası məğlub edilməsə, Bakı yarışları çox güman ki, ləğv ediləcək.

Hələ ki, cavablardan çox suallar var. Vəziyyəti aydınlaşdırmaq və Azərbaycan Qran-prisinin taleyi ilə bağlı ən son xəbərləri almaq üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimova müraciət etdik.

- Bir neçə gün əvvəl Formula-1-in icraçı direktoru Çeyz Keri rəsmi bəyanatla çıxış edərək mövsüm planları barədə danışdı. Bu planlarda Azərbaycan Qran-prisinə də yer varmı?

- Mətbuata açıqlamalarımızda bildirdiyimiz kimi, bu anda 2020 mövsümünün Azərbaycan Qran-prisinin baş tutacağına zəmanət verə və dəqiq tarix deyə bilmərik. Ancaq qeyri-müəyyən müddətə yarışımızın təxirə salınmasına səbəb olan koronavirus pandemiyası ilə bağlı vəziyyəti izləməyə davam edirik. Azərbaycan tamamilə karantindən çıxdıqdan sonra yarışın keçiriləcəyinə zəmanə verə bilərik.

Son zamanlar mətbuatda tez-tez Azərbaycan Qran-prisinin müəyyən tarixləri ilə bağlı yazılar dərc olunur. Lakin vurğulamaq istəyirəm ki, onlar əsassızdır və həqiqəti əks etdirmir. 2020-ci il üçün Formula-1 təqvimində vəziyyət və onun ayrı-ayrı mərhələləri günbəgün dəyişir və mən yerli medianı bu spekulyasiyalara aldanmamağa və rəsmi məlumat mənbələrini, o cümlədən Formula-1 və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatlarını izləməyə çağırıram. (www.bakucitycircuit.com).

- Eyni açıqlamada, Formula-1 rəhbərliyinin yerli promouterlərlə daim təmasda olduğu qeyd olunur. Aydındır ki, Formula-1 yaxın gələcəkdə planlar barədə qərar verməli və heç olmasa ilkin təqvim dərc etməlidir. Bakı Şəhər Halqası Qran-pri ilə bağlı son cavabı tələb edirmi və bu məsələdə sizin üçün müəyyən bir müddət varmı?

- Bəli, elədir. Formula-1 bizimlə daim təmasdadır. Bu vəziyyətdən çıxış yollarını tapmaq üçün hər iki həftədən bir telefonla danışıqlar aparırıq və daha tez-tez elektron poçtla yazışırıq. F-1 cari mövsümdə mümkün qədər çox yarış keçirmək niyyətindədir və bunun üçün onlar həm maliyyə, həm də nüfuz motivatorlarına sahibdirlər. Ancaq koronavirus pandemiyası ilə mövcud vəziyyəti anlayaraq, bizdən son cavabı tələb edə bilməzlər, çünki COVID-19 ilə vəziyyətin gələcək inkişafı gözlənilməzdir və sərhədlərin nə vaxt açılacağını və uçuşların nə vaxt başlayacağını, nəinki bizim, hə də dünyanın karantindən nə vaxt çıxacağını bilə bilmərik.

İndi gələcəkdə yarışın hansısasa tarixini elan etsək vəziyyət daha pis olacaq, bundan əvvəl müvəqqəti karantin tədbirləri qüvvədə olacaq və bizə gələn hər kəs iki həftə boyunca karantində oturmalı olacaq. Sonda da yarışları son anda ləğv etməli olacağıq ki, bunu əsla istəmirik.

Son tarixə gəlincə, biz Formula-1 ilə birlikdə yarışın keçiriləcəyinə dəqiq cavab verə biləcəyimiz son bir müddət təyin etdik və cavab müsbət olsa, dəqiq tarixi açıqlaya biləcəyik. Beləliklə, 2020-ci il 1 iyula kimi yarış keçirə biləcəyimizi başa düşsək, yarışa hazırlıq dərhal başlayacaq, bu da 2,5-3 ay çəkəcək. Biz F-1 ilə Azərbaycan Qran-prisinin son tarixini də müzakirə etdik və onlar Bakı yarışının oktyabrın ortalarına qədər keçirilməsinin məqsədəuyğun olacağı məsələsində bizimlə razılaşdılar. Bu bizim şərtimiz idi, çünki Qran-prini yaxşı havada keçirmək istəyirik ki, azarkeşlərimiz əlverişli iqlim şəraitində yarışdan və şəhərdən zövq ala bilsinlər.

Əminəm ki, 2020-ci il üçün Formula-1-in ilkin təqvimi dəfələrlə dəyişəcək, çünki pandemiya ilə bağlı vəziyyət vaxtaşırı dəyişir və fərqli ölkələrin reaksiyasını proqnozlaşdırmaq çox çətindir. May ayında elan ediləcəyi gözlənilən ilkin təqvimin əsl çempionatdan fərqli olacağını təxmin edirəm.

- Bakı Şəhər Halqası Əməliyyat Şirkəti birmənalı şəkildə bildirdi ki, yarışları tamaşaçısız keçirmək variantı nəzərdən keçirilmir. Niyə son məqamda belə bir qərara gəldiniz? Yarışın tamaşaçısız və ya müəyyən məhdudiyyətlər şəraitində keçə biləcəyi bir seçim varmı?

- Hər bir trekin özünəməxsus xüsusiyyətləri var və müxtəlif ölkələrdə yarışın həftəsonu təşkili prosesində iştirak edən insan resurslarının sayı da fərqlidir. Ancaq əvvəlcə özümüzə sual verək: “Niyə tamaşaçısız yarış keçirmək ideyası yarandı?” Beləliklə, Formula-1 çempionatındakı yarış yollarının 85% -i stasionar yarışdır və onlarda ən az əmək ehtiyatı ilə yarış təşkil etmək daha asandır.

Avstriyanın, Macarıstanın və Silverstonun promouterləri ilə danışdım və onlar mənə dedilər ki, F-1 işçiləri də daxil olmaqla 1000-1500 işçi yarışın təşkili üçün kifayətdir. Bunun əksinə olaraq, Bakı Şəhər Halqası Bakının mərkəzi küçələri boyunca uzanana müvəqqəti bir magistraldır və yarışın təşkilində iştirak edənlərin sayı dəfələrlə çoxdur. Formula-1-in şəxsi heyəti, komandamız, marşrutun və digər əməliyyatların təhlükəsizliyinin təmin olunması ilə məşğul olan dövlət qurumlarının nümayəndələri, könüllülər, marşallar və müqaviləçilər də daxil olmaqla beynəlxalq yarışda hər il təxminən 14 min insan iştirak edir.

Yarışı tamaşaçısız keçirməyə razı olsaq, heyət iki dəfə azaldılacaq və bu nikbin bir ssenaridir. Karantin tədbirləri tətbiq olunarkən yeddi min nəfərin iştirak etdiyi yarışın keçirilməsinə razı olsaq belə bu qədər insanın sağlamlığına təhlükə yaratmaq düzgün olmaz və hökumətimiz buna imkan verməz. Beləliklə, iki seçimimiz var: ya biz ölkənin karantin rejimindən tam çıxması şərtilə həmişəki kimi tamaşaçılarla yarış keçiririk, ya da karantin tədbirləri qüvvədə qaldığından 2020 mövsümündə yarış keçirməkdən imtina edirik.

- Bakının sentyabr və ya oktyabr aylarında tam hüquqlu bir yarış keçirmək şansı ilə bağlı Azərbaycan hökuməti və ölkənin idman rəsmiləri ilə məsləhətləşmələr aparılırmı?

- Təbii ki, beynəlxalq müsabiqənin təşkili ilə bağlı hər hansı bir qərar qəbul edə və Azərbaycan hökuməti ilə razılaşdırılmadan onun konkret tarixini elan edə bilmərik. Bildiyiniz kimi, ölkədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Əməliyyat Qərargah yaradıldı, bu da COVID-19-un yayılması ilə bağlı vəziyyəti nəzarətdə saxlayır və onun qərarı olmadan biz yarışa zəmanət verə və Formula-1 rəhbərliyinə və yarışma iştirakçılarına bir şey vəd edə bilməyəcəyik. Bunun üçün hökmən Azərbaycan hökumətinin razılığı olmalıdır.

- Qran-prinin ləğvi halında Azərbaycan maliyyə itkisinə uğrayacaqmı və ilkin ödənişin məbləği ilə bağlı Formula-1 ilə razılaşma varmı? Həmin vəsait tamamilə qaytarılacaq, yoxsa növbəti mövsümə köçürüləcək?

- Nə Azərbaycan, nə də yarışın promouterləri, yəni Bakı Şəhər Halqası 2020-ci il təqvimində Azərbaycan Qran-prisinin ləğv olunacağı təqdirdə hər hansı bir maddi itki ilə üzləşməyəcək. Yarış üçün ödənilən vəsait ya ölkəyə qaytarılacaq, ya da növbəti ilə keçiriləcək. Bu bizdən asılı olmayan səbəblərdən fors-major vəziyyətlə bağlıdır. Müqaviləyə əsasən, Formula-1-in müəyyən bir xidmətinin yerinə yetirilməsi müqabilində bir vəsait veririk və əgər onu almırıqsa, deməli, Azərbaycan tərəfi vəsait ödəmir və nəticədə hər hansı bir itki vermir.

- Qran-prinin mümkün ləğvi “Liberty Media” ilə müqaviləyə hər hansı bir şəkildə təsir göstərəcəkmi? Bir mövsüm üçün avtomatik olaraq yenilənəcəkmi?

- Müqaviləmizdə keçirməli olduğumuz yarışların dəqiq sayı göstərilib. 2019-cu ildə müqavilənin imzalanması zamanı 2023-cü il də daxil olmaqla beş yarışın keçirilməsi nəzərdə tutulub. Əgər bu il yarış baş tutmasa, yenə də 5 yarış keçirməli olacağıq. Bunun sayəsində müqavilə daha bir il, yəni 2024-cü ilə qədər uzadılacaq.

- Dünya çempionatının cari mövsümü ilə bağlı proqnozlarınız necədir? Heç olmasa 15 yarış keçirmək mümkün olacaqmı?

- Mövcud vəziyyəti nəzərə alsaq, cari çempionatla bağlı hər hansı bir proqnoz vermək çətindir. Ümid edirəm ki, yaxın vaxtlarda COVID-19 pandemiyasını məğlub edəcəyik, “Formula-1” əvvəlcədən planlaşdırıldığı kimi 2020-ci ildə 15 yarış keçirəcək, “kral yarışları”nın çoxmilyonlu azarkeş ordusu isə həftə sonu yarışlarından həzz alacaq.

Teymur Maksutov

Tərcümə: B.Cahandarov

Paylaş:
5779

Son xəbərlər

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38
Bütün xəbərlər