Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi

13:58 - 02 / 04 / 2020
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi

Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamından irəli gələn məsələlərin həlli ilə bağlı yaradılmış müvafiq işçi qruplar makroiqtisadi dayanıqlılığın qorunmasını, əhalinin sosial rifahının və ölkəmizin iqtisadi inkişafının təmin edilməsini nəzərdə tutan dəstək proqramları və sosial paket sənədi hazırlayıb. Qəbul edilmiş dövlət proqramları dövlətin ümumi iqtisadi-sosial siyasətinin mühüm tərkib hissəsi olmaqla önəmli antiböhran proqramları hesab edilə bilər.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat deyib: “Məlumdur ki, qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. Dövlətin dəstək proqramı məhz bu baxımdan çoxsahəlidir, zərər çəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur. Hökumətin dəstək paketi zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Hökumətin yanında fəaliyyət göstərən işçi qrup müxtəlif sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib. Dərin araşdırma nəticəsində iqtisadi və sosial sektorlarda ən çox, əhəmiyyətli və minimum ziyan çəkən sahələr müəyyən edilib. Dəstək proqramlarının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır. Bu isə birbaşa bu məsələdə dövlətin ədalətliliyini və humanizmini nümayiş etdirir”.

Deputat qeyd edib ki, iqtisadi fəallığın qorunub saxlanmasını nəzərdə tutan iqtisadi dəstək mexanizmlərindən biri kimi, ilk növbədə, 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Hazırda Azərbaycanda 1,6 milyonadək muzdlu işçinin 915 min nəfəri dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaş alır. Qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əməkhaqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Bu zaman əsas meyar ölkə üzrə orta aylıq əməkhaqqı əmsalı 712 manat götürüləcək. Yəni, işlədiyi müəssisədə rəsmi əmək münasibətlərinə malik olan hər bir işçi bu məbləği əldə edəcək. Bundan başqa, ölkəmizdə 290 min mikrosahibkar dövlət dəstəyindən yararlanacaq. Bu zaman da onların 2019-cu ildə ödədikləri verginin məbləği götürüləcək və buna uyğun dəstək veriləcək.

A.Hüseynov bildirib ki, dövlət müxtəlif iqtisadi sektorlara vergi güzəştləri və vergi tətilləri də verəcək. Bu isə həmin sahələrin öz resurslarını səfərbər edərək inkişafını davam etdirməsinə imkan verəcək. Proqramlardan biri sosial dəstəklə bağlıdır. Dövlət, ilk növbədə, insanların sosial rifahını prioritet hesab edərək onlara sosial dəstək göstərəcək. Dövlət başçısının da vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Deputat qeyd edib ki, hazırda biznesə dəstək tədbirlərinin həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı strategiyanın gerçəkləşməsini daha da gücləndirir. Çünki özəl sektorun müxtəlif sahələrinin indiki dərin qiymətləndirilməsi, dəstək veriləcək sahələrin diaqnostikasının aparılması zamanı “kölgə iqtisadiyyatı”nın yeni təzahürləri də meydana çıxır. Dövlətin son illərdə bir sıra təşkilatlara qara iqtisadiyyatdan uzaqlaşmaq, mühasibatlıq, əmək münasibətləri, vergi, sosial sığorta və s. məsələlərdə şəffaflığı təmin etmək, düzgün işləmək barədə çağırışlarına, geniş maarifləndirici tədbirlərinə baxmayaraq, qeyri-qanunu fəaliyyət göstərən, balansını “ağartmayan” şirkət və müəssisələr hələ də var. Belə bir vəziyyətdə həmin sahələr də aşkarlanmış olacaq. Bu, onu göstərir ki, dövlət hamıdan daha çox hesabatlılığın, şəffaflığın, ünvanlılığın təmin olunmasında prinsipialdır.

Aydın Hüseynov bildirib ki, Azərbaycan dövlət bu proqramları qəbul etməklə özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi. Bir sıra ölkələr Beynəlxalq Valyuta Fondu və Dünya Bankından, digər beynəlxalq qurumlardan yardım üçün müraciət etsə də, Azərbaycan özünün gücü hesabına bunun öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirməkdədir. Azərbaycan dövləti koronavirusla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Bu, ölkəmizin güclü olduğunu təsdiqləyir.

1news.az

Paylaş:
419

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər