“Azərbaycan Könüllülük Həftəsi” “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Könüllülük Həftəsi” “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib – FOTO

09:27 - 10 / 12 / 2019
“Azərbaycan Könüllülük Həftəsi” “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib – FOTO

Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 6-9 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və 300 fəal könüllünün iştirakı ilə Qusar rayonunda təşkil edilən “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib.

Fonddan 1news.az-a verilən məlumata görə, düşərgənin ilk günü “Quba Soyqırımı Memorial Kompleksi”nə info-tur təşkil olunub. 1918-ci ildə bolşevik-daşnak silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar barədə info-tur iştirakçılarına ətraflı məlumat verilib.

3 gün davam edən düşərgədə gənc könüllülər üçün müxtəlif təlimlər, panel sessiyaları, intellektual və əyləncəli oyunlar, “rəsmilər ilə qeyri rəsmi görüşlər” təşkil edilib. Könüllülər keçirilən tədbirlərdə həvəslə iştirak edib, şəxsi inkişaf və əyləncə şansından maksimum şəkildə yararlanmağa çalışıblar.

“Rəsmilərlə qeyri-rəsmi görüşlər”də gənclərin qonaqları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Agentliyin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov olublar. Tanınmış fotoqraflar Vahid Həsənov və Vüqar İbadovla görüşlər və maraqlı söhbətlər də gənclər üçün çox maraqlı olub.

S.Xankişiyeva

Paylaş:
426

Son xəbərlər

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32
Bütün xəbərlər