1news.az

Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

10 Aprel saat 13:52 ~ 1 dəqiqəlik oxu 436
Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sənədə əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanmış Saziş təsdiq edilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net