Azərbaycana qarşı yaradılan geniş təbliğat şəbəkəsi ilə necə mübarizə aparmalı - RƏYLƏR | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycana qarşı yaradılan geniş təbliğat şəbəkəsi ilə necə mübarizə aparmalı - RƏYLƏR

16:17 - 21 / 08 / 2019
Azərbaycana qarşı yaradılan geniş təbliğat şəbəkəsi ilə necə mübarizə aparmalı - RƏYLƏR

Müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil. İş o yerə çatıb ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. 

Hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardı. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır.

Yalnız sadəlöhv adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil.  Həmin adamlara lazımınca maliyyə dəstəyi göstərilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir. Bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir.

 Bu faktlar Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini ölkəmizə qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməli olduğunu ehtiva edir. Milli mənafeləri hər şeydən üstün tutan partiyalar, şəxslər siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qəti və layiqli cavab verməli, maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə, satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməməlidirlər.

“Siyasi ekspert, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı 1news.az-a bildirib ki,  artıq illərdir bu istiqamətdə fəallaşmağa səy göstərən həmin şəbəkənin fəaliyyətinin indi müəyyən maraqlı hadisələrlə üst-üstə düşməsi nəzərdən yayınmır:

“Məlumdur ki, Azərbaycan seçki ərəfəsindədir, bu il ölkəmizdə bələdiyyə,  gələn il isə parlament seçkiləri keçiriləcək. Azərbaycanın müəllifi olduğu bir sıra beynəlxalq layihələr, o cümlədən TANAP-ın tam şəkildə istifadəyə verilmə ərəfəsində olduğu bir vaxtda bu şəbəkənin çox mürəkkəb sistem əsasında fəallaşması təkcə kampaniyaçılıq kimi nəzərdən keçirilə bilməz. Bu, ölkəmizə qarşı məqsədli, sistemli şəkildə aparılan, zaman-zaman təzahür edən bir işin tərkib hissəsi, elementləridir. Bəli, açıq şəkildə görünür ki, ölkə çox məhsuldar bir dövrə daxil olduğu üçün Azərbaycanla bağlı kənardan bir çox tərəfləri hələ görünməyən mübarizə mərkəzi formalaşdırılır.

Bir tərəfdən ölkənin daxilindəki radikal müxalifətin ən müxtəlif formalarda dəstəklənməsi kimi üsullar düşünülür, məsələn, diqqətimi çəkən budur ki, açıq-aşkar radikal müxalifət yönmülü paylaşım və statuslara sosial şəbəkələrdə daha geniş yayılmaq imkanı verildiyi halda, Azərbaycanın dövlətçilik mövqeyinə aid olan paylaşımlara o qədər də geniş şərait yaradılmır, hətta bəzən onların qarşısında müxtəlif texniki sədlər çəkilir. Yəni, dövlətçilik mövqeyində olan statusu və müxalifətçilik mövqeyində olan statusu eyni anda paylaşmaqla bunun nə dərəcədə həqiqət olduğunu görmək mümkündür”.

Ekspert Avropada yerləşmiş mühacirlər üçün ard-arda internet TV-lərinin açılmasına da diqqət çəkib. Onun sözlərinə görə, dünən Azərbaycandan çox böyük çətinlik ucbatından getdiyini iddia edən belə adamların bu gün orda TV açması əlbəttə ki, çox düşündürücüdür:

“Əgər onun belə imkanları olsaydı, özünün məntiqinə uyğun olaraq Azərbaycandan getməzdi. Yox, əgər gedibsə, belə TV-nin açılması onun maliyyə imkanlarında deyil və təbiiki, burda onu belə imkana çatdıran müəyyən qara qüvvələrin fəaliyyəti diqqəti cəlb etməyə bilməz. Və dünən Azərbaycanla bağlı o qədər də aktivlik nümayiş etdrməyən şəxslərin birdən-birə internet TV-də fəallaşması sadəcə bir görüntü yox, dərin kökləri olan bir məsələ kimi nəzərdən keçirilməlidir. İnternet TV-lər vasitəsilə müəyyən vəsaitlərin toplanması və həmin vəsaitlərin də böyük bir hissəsinin şübhəli mənbələrdən gəlməsi sadəcə bir görüntü deyil. Biz bilirik ki, həmin internet TV-lər Azərbaycanın əsasən dövlətçilik mənafelərini və rəmzlərini hədəfə götürüb. Nəzərə alsaq ki, ölkəmiz Ermənistan kimi bir dövlətlə, onun xaricdəki böyük lobbisi ilə müharibə vəziyyətindədir, ona görə çox real görünür ki, internet TV-lər vasitəsilə toplanan həmin pulların böyük bir hissəsi erməni lobbisindən və ermənipərəst dairələrdən gəlir. Bütün bu elementlərin hamsını bir yerə toplayanda, tam aydın şəkildə görünür ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, ölkənin içərisində müəyyən siyasi proseslərə rəvac vermək, sabitliyi pozmaq, xalqın hər hansı bir dəstəyini qazanmaq gücündə olmadığına görə getdikcə zəifləyən radikal müxalifəti düşdüyü vəziyyətdən xilas etmək üçün müəyyən bir mexanizmlərin hazırlanma  prosesi gedir. Əlbəttə, bu mexanizmlərin hazırlanma prosesi hər hansı xoş niyyətdən xəbər vermir. Təbii ki, burda Azəbaycanın dövlətçiliyi, sabitliyimiz və dünya miqyasında bir dövlət olaraq mövqeyimizin güclənməsinin qarşısının alınması məqsədi dayanır. Ona görə də xaricidə radikal mühacirlərin əli ilə internet TV-lərin açılmasını Azərbaycana qarşı zaman-zaman rast gəlinən fəaliyyətlərin bir növü kimi yox,  xüsusilə indiki şəraitdə ölkmizə qarşı aparılan sistemli bir işin davamı saymaq olar”.

A.Quliyev hesab edir ki, bu cür sistemli işin qarşılığında cəmiyyət tam arxayınlaşdırıb, fəaliyyətsiz oturub, onların özlərini ifşa edəcəyini gözləmək olmaz:

“Düzdür, bu cür radikal fəaliyyətlərin tam iflasa uğraması üçün böyük bir qarantiya var. Bu da Azərbaycanda mövcud olan sabitlik və bu sabitliyə bizim cəmiyyətimizin tam anlaşıqlı şəkildə dəstək verməsidir.  Nə qədər ki, sabitlik var və buna cəmiyyətimiz dəyər kimi baxır, özü bu sabitliyin keşiyində dayanmaq istəyir, onda həmin təxribatların və cəhdlərin hər hansı nəticəsinin olacağını düşünmürəm. Yəni, bu sabitlik və ona cəmiyyətin dəstəyin bir qarantiya mexanizmidir. Amma əlbəttə, tarixdə faktlar olub ki, sabitlik nə qədər möhkəm əsaslara söykənsə də, bu cür mexanizmlər cavabsız qalanda, onların zərərli təsirləri neytrallaşdırlmayanda, xalqı lazım olan mütərəqqi yollardan döndərmək, xalqın fikrini çaşdırmaq mümkün olur. Buna görə bizim təbliğatımız həmin o mexanizmlərin neytrllaşdırılmasında çox böyük rol oynayır. Bu sahədə görülən işləri yüksək qiymətləndirirəm. Əgər indiyə qədər həmin mexanizmlər Azərbaycanda ictimai fikri parçalaya, qarışdıra bilməyibsə, bu, müəyyən qədər xüsusi üsullarla işləyən dövlət oraqanlarının fəaliyyətinin nəticəsi olmaqla yanaşı, həm də bizim informativ təbliğat üsullarımızın nəticəsi sayılmalıdır. Yəni, iki istiqamətdə işlərin davam etdirilməsi - həm xüsusi üsullarla fəaliyyət göstərən dövlət orqanları, həm də informativ təbliğat, maarifləndirici sistemin fəaliyyətini davam etdirib, daha da aktivləşdirməsi o təhlükələrin qarşısını almaq üçün çox tutarlı vasitələrdir”.  

Millət vəkili Aydın Hüseynov isə 1news.az-a deyib ki, radikal düşərgəni təmsil edən bir qrup  xaricdə yerləşərək ölkəmizə qarşı əks təbliğat kampaniyalrı aparırlar. Məqsəd isə artıq dünyada tanınan, qəbul edilən, müsbət imicə sahib olan,  demokratik prinsiplərə söykənən, bütövlükdə həm regionda, həm dünyada baş verən proseslərdə yaxından iştirak edən ölkəmizə qara yaxmaq, onun uğurlarına kölgə salmaqdır.

Deputat deyib ki, artıq Azərbaycan dünyəvi bir dövlətə çevrilib, təəssüf ki, ölkəmizin  belə inkişafını gözü götürməyənlər var:

“Həmin qüvvələr, mərkəzləri dövlətimizə yaxşı məlumdur. Bir də hamımızın tanıdığımız, bütün dünyada ölkəmizə qarşı əks kampaniya aparan ermənilər var. Onlar düşməndir, bu, bəllidir. Təəssüf ki, bu cür qüvələrin dəyirmanına su tökən,, onların toruna düşən azərbaycanlılar da var. Həmin adamlar azərbaycanlı olaraq pula aldanıb öz xalqına qarşı iftira yaxır, xarici havadarlarından daim təlimat alır, dövlətinə qarşı çirkin planları həyata keçirir”.

Millət vəkili həmin şəbəkənin indi daha da aktivləşməsini təsadüfü saymır. Onun sözlərinə görə, əgər onlara maliyyə ayrılırsa, bir internet TV özünün ayda təbliğinə 10 min dollardan çox vəsait xərcləyirsə, bu, təsadüfü deyil:

“Onlar müəyyən mərkəzlərdən idarə olunur və həmin mərkəzlərin əsas qollarından birini də erməni lobbisi, diasporu təşkil edir.

Həmin insanlar Azərbaycan dövlətini təbliğ etməkdənsə, inkişaf etməkdə olan gənc, müstəqil ölkəmizə öz dəstəyini verməkdənsə, bu kimi qarayaxma kampaniyalarında iştirak edərək, birbaşa ermənilərin və digərlərinin dəyirmanına su tökürlər. Onlar birmənalı olaraq başa düşüb, dərk etməlidirlər ki, Azərbaycanda gedən bütün prosesləri xalqımızın iradəsi həll edir və xalqımız öz iradəsini ortaya qoyur.

Biz 1993-cü ildə Heydər Əliyev ideyalarına və şəxsiyyətinə söykənərək güclü bir dövlət yaratmışıq. Xalqımızın tam şəkildə maraqlarını, mənafeyini ifadə edən Heydər Əliyev siyasəti, kursu var. Bu gün həmin siyasətin, həmin kursun davamı var. Azərbaycanda çox möhkəm iqtidar-xalq birliyi mövcuddur. Bu gün Azərbaycan xalqı bir daha ölkəmizin 93-cü illərin əvvəlindəki vəziyyətə sürüklənməsinə yol verməz. Azərbaycan dövləti, dövlətçiliyi çox möhkəmdir. Azərbaycana hər hansı bir təhdid varsa, onun qarşısını almağa qadir olan güclü dövlətimiz var”.

A.Hüseynov əlavə edib ki, Azərbaycanda çox sağlam mövqedə dayanan, dövlətini, dövlətçiliyini müdafiə edən, reallığı əks etdirən çox sayda media orqanları, televiziyalar var:

“Fədakarcasına Azərbaycan dövlətçiliyini müdafiə edən, onu təbliğ edən, nailiyyətlərimizi sevinən KİV-lər var. Elə bunların fəaliyyəti kifayətdir ki, həmin şəbəkənin cavabını versin. Digər tərəfdən, çox sağlam düşüncəli Azərbaycan gəncliyi yetişir, bu gəncliyin ümdə məqsədi dövlətçiliyimizi qorumaq, onu inkişaf etdirməkdir. Bunun öhdəsindən hər zaman gəliblər və gələcəklər də. Bizim hər birimizin mövqeyi dövlətçilik mövqeyinə söykənməlidir ki, vətənimizə qarşı ikrah fikirləri alt-üst edə bilək.

Xalqımız öz yolunu, inkişafını, siyasətini, iqtidarını müəyyənləşdirib, prezidentini seçib. Bu siyasəti xalq özü müəyyənləşdirdiyi üçün özü də onu qoruyacaq, saxlayacaq. Sadəcə olaraq ürəkbulandıranlar özlərini ifşa edir, onlarən istənilən hərəkətləri boşa çıxacaq. Biz öz dövlətçiliyimizi qorumalıylq. Çünki əldə olunan bütün nailiyyətlərdə hər bir vətəndaşımızın əməyi var. Bu nailiyyətləri qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur”.

1news.az

 

Paylaş:
896

Son xəbərlər

“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18
Bütün xəbərlər