Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb

18:27 - 25 / 11 / 2020
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamlarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Sülh və birgəyaşayış dəyərlərini yüksək qiymətləndirən, eləcə də Sizə dost ölkə olan Şri-Lanka Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə qarşı barbar hücumları, həmçinin mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsini pisləyir. Bu, insanlıq əleyhinə cinayətdir. Ermənistanın məsuliyyətsiz və amansız raket hücumları nəinki insan tələfatına səbəb olub, hətta infrastruktura böyük ziyan vurub. Şri-Lanka Ermənistanın terrorist qruplaşmaları tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin mülki sakinlərinə qarşı həyata keçirilmiş ballistik raket hücumlarını qətiyyətlə pisləyir və bu hücumları həm insan hüquqlarının, həm də beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirir.

Son onilliyin qlobal siyasi və müharibə trendlərini təhlil edərkən belə görünür ki, özlərini “dünya liderləri” adlandıran dövlətlər həmişə müsəlman ölkələrini “mədəniyyətsiz” və “barbar” kimi qələmə verərək onlara qarşı təzyiqlər göstərməyə çalışıblar, amma özlərinin insan hüquqlarını pozmaları faktlarına göz yumublar. Belə maneələrin qarşısını alaraq Sizin nümayiş etdirdiyiniz səyləri və dözümlülüyü yüksək qiymətləndirirəm.

Cənab Prezident, eyni zamanda, Siz 30 ilə yaxındır davam edən qanlı müharibəyə son qoyulması ilə bağlı Azərbaycan vətəndaşlarının Zati-alinizə göstərdiyi etimadı doğrultdunuz. Qazandığınız bu inamlı Qələbə Sizin müdrikliyiniz, qətiyyətiniz və güclü liderliyiniz sayəsində mümkün oldu. Bununla da Siz Azərbaycan xalqının qəlbini fəth etmiş əsl milli qəhrəmana çevrildiniz.

Mən, həmçinin bu çətin günlərdə Sizin arxanızda dayanan hərbçilərə, siyasi liderlərə, polis əməkdaşlarına və jurnalistlərə dərin minnətdarlığımı bildirir və təbriklərimi çatdırıram. Bu çətin anlarda Azərbaycan vətəndaşlarının göstərdiyi təmkin və dözümlülüyü yüksək qiymətləndirirəm.

Bundan başqa, ölkənizin yüksək səviyyədə diplomatik münasibətlər qurmaq bacarığını da yüksək dəyərləndirirəm. Türkiyə, Pakistan, Əfqanıstan, İsrail və digər dost ölkələrin dövlətinizə olan davamlı siyasi dəstəyi bunu bir daha təsdiqləyir. Dost və qonşu ölkələrin Azərbaycana verdiyi bu dəstək yüksək liderlik keyfiyyətlərinizin təzahürüdür.

Sonda, biz Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları olaraq Qarabağın inkişafı istiqamətində Azərbaycan vətəndaşları üçün səmərəli və faydalı fəaliyyətinizdə Sizə dəstəyimizi ifadə edirik".

S.Xankişiyeva

 

Paylaş:
489

Son xəbərlər

Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06
Bütün xəbərlər