Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb – FOTO

12:15 - 19 / 04 / 2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət Palatasının bəzi üzv şirkətləri və tərəfdaş təşkilatları ilə Palatanın Vaşinqton şəhərində yerləşən mənzil-qərargahında görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə ABŞ-Azərbaycan Ticarət Palatasının üzv şirkətləri - John Deere, BP, CNFA, WCC International və tərəfdaş təşkilatları – İllinois Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center), eləcə də Palatanın İdarə Heyətinin üzvləri və iqtisadi ekspertlər iştirak ediblər.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonaqları salamlayıb və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynova Palata üzvləri ilə görüşdüyünə görə təşəkkür edib.

Daha sonra söz alan ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının üzvü, əslən azərbaycanlı Dr. Şapur Ənsari əsas qonağı salamlayıb, ABŞ-Azərbaycan Ticarət Palatasının tarixindən məlumat verib, Palatanın Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərdə oynadığı roldan bəhs edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov çıxışında Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. O, ABŞ-a səfəri zamanı müxtəlif institutlarla keçirdiyi görüşlər barədə məlumat verib.

Emin Hüseynov çıxışında Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək ABŞ şirkətləri üçün də ölkəmizdə münbit mühitin olduğunu vurğulayıb. O, çıxışı zamanı aprelin 3-5-də Çikaqoda keçirilmiş birinci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunun Azərbaycanın ABŞ ştatları ilə iqtisadi münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyətinin olduğunu bildirib. Bu baxımdan E.Hüseynov İllinoys Ticarət Palatası və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə fəaliyyətini təqdir edib.

Azərbaycan rəsmisi iqtisadi və biznes əlaqələrinin inkişafında təhsilin xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanın biliyə və tədqiqatlara əsaslanan iqtisadiyyat qurduğunu bildirən natiq bu sahədə ölkəmizin ali təhsil müəssisələrinin xüsusi rol oynadığını qeyd edib. Bu xüsusda o, ADA Universitetində tədqiqatlar üçün yaradılmış şərait və bu tədqiqatların nəticələrinin real biznesə tətbiqi barədə məlumat verib və nümunələr göstərib.

Görüş sual-cavab sessiyası ilə davam edib.

S.Xankişiyeva

Paylaş:
837

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər