Azərbaycanın yüz illik xəbər qaynağı, yüz ilin salnaməsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın yüz illik xəbər qaynağı, yüz ilin salnaməsi

17:09 - 28 / 02 / 2020
Azərbaycanın yüz illik xəbər qaynağı, yüz ilin salnaməsi

Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC-ın 100 yaşı tamam olur. Azərbaycanın ilk xəbər qaynağı olan agentlik əlamətdar yubileyini yaxın aylarda yeni ofisində qeyd edəcək. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsi olaraq AZƏRTAC üçün müasir memarlıq üslubunda inşa edilən binanın tikintisi başa çatıb. Dövlətimizin başçısının tapşırığına əsasən yeni binada ən müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılacaq, dünya standartlarına uyğun iş şəraiti yaradılacaq.

Azərbaycanın ilk milli informasiya yayımçısı olan AZƏRTAC 100 ildə çətin, lakin şərəfli yol keçib, hər bir tarixi mərhələdə üzərinə düşən missiyanı peşəkarlıqla yerinə yetirib. 1920-ci il martın 1-də fəaliyyətə başlayan agentliyə bir əsrlik tariximizin salnaməsini yazmaq şərəfi nəsib olub.

AZƏRTAC-ın inkişafı və dövlət informasiya agentliyi kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Agentlik hazırda səkkiz dildə fasiləsiz informasiya yayır, mötəbər xəbər qaynağı kimi qəbul olunur. Xarici ölkələrdə və bölgələrdə geniş müxbir şəbəkəsinə malikdir.

AZƏRTAC bu gün dünya informasiya məkanında layiqli yer tutur, beynəlxalq və regional media qurumlarında fəal təmsil olunur. Bu istiqamətdə səmərəli fəaliyyətin nəticəsi olaraq 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edib. 2016-2019-cu illərdə hər iki quruma sədrlik edən AZƏRTAC Azərbaycanın adını dünya mətbuat tarixinə yazdırıb.

Agentliyin fəaliyyətinin bəzi məqamlarını diqqətə çatdırırıq:

  • AZƏRTAC 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır.
  • 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edib.
  • Hər gün 8 dildə 700-ə yaxın informasiya, video və foto xəbər hazırlayaraq öz kanalları ilə yayır.
  • Agentliyin beş veb-resursu və iki veb-servisi (interaktiv xəritə), üç mobil tətbiqi, fotosaytı və zəif görənlər üçün resursu fəaliyyət göstərir.
  • Otuzdan çox sosial şəbəkə və messenger profili var.
  • 2019-cu ildə mobil cihazlar vasitəsilə informasiya resurslarına müraciət 50 faiz, videolara baxış 75 faiz artıb.
  • “YouTube” kanallarında videoxəbərlərə baxışların 83 faizi mobil cihazların payına düşür.
  • Ölkə üzrə ilk ixtisaslaşmış videoxəbər studiyası 2010-cu ildə AZƏRTAC-da tətbiq olunmağa başlayıb. Agentlik hazırda beş dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) video yayır.
  • İnfoqrafika, slaydşou, videoqrafika, “360” videolar hazırlanır.
  • Agentliyin veb-resurslarında, sosial şəbəkələrdəki səhifələrində və üzvü olduğu beynəlxalq media təşkilatlarının portallarındakı xəbər, foto və videolarına baxışların sayı 73 faiz artıb.
  • Xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir.
  • Ötən il AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında 15 minə yaxın xəbəri, videosu və fotosu yayılıb.

Agentliyin keçdiyi 100 illik yol barədə ətraflı məlumatı aşağıdakı materiallardan almaq olar: 

AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış

AZƏRTAC - yüz illik şərəfli yol

1news.az

Paylaş:
448

Son xəbərlər

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıbBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32
Bütün xəbərlər