Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçiriləcək

15:00 - 17 / 09 / 2020
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçiriləcək

Bakı – 17 sentyabr 2020-ci il. Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 19-da Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirəcək.

Beləki, sentyabrın 19-da Bakının 20 çimərliyində keçiriləcək aksiyanın əsas təşkilatçıları “Coca-Cola”, “ASAN xidmət”, PASHA Bank, Bakcell, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Carlsberg Azerbaijan” və “AzEcol” şirkətləridir. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında isə “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN Radio, AFFA, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.

Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabr üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.

Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Ölkəmizdə ətraf mühit məsələlərinə artan diqqət və marağdan dolayı hər il bu ekoloji aksiyaya böyük sayda könüllülər, qurumlar və şirkətlər qoşulmaqdadır. Bu il pandemiya ilə bağlı olaraq ölkəmizdə bir qədər fərqli formatda Beynəlxalq Sahilyanı Təmizlik Günü ekoloji aksiya ilə qeyd ediləcək. Əvvəlki illərdən fərqli olaraq sosial məsafə qaydasına riayət etmək məqsədilə bu dəfə aksiya 10 nəfərdən ibarət bir neçə qruplar tərəfindən xüsusi ayrılmış sektorlar üzrə həyata keçiriləcək.

#Xəzəriqoruyaq şüarı ilə keçiriləcək təmizlik aksiyasında hər il yüzlərlə gənclər, şirkət əməkdaşları, onların ailə üzvləri iştirakı edir. Tədbirin məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşmanı təbliğ etməkdir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunurlar.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq bütün aksiya iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunacaqlar və sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil olunacaqdır.

Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 35 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Reklam hüququnda

 

Paylaş:
758

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər