Nepalda sürüşmə nəticəsində ölənlərin sayı 1 396 nəfərə çatıb
Nepalda Çin sərhədi yaxınlığında baş verən güclü sürüşmə nəticəsində ölənlərin sayı 1 396 nəfərə yüksəlib.
1news.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadən məlumat yayıb.
Bildirilib ki, daha əvvəl təbii fəlakət nəticəsində 1 386 nəfərin öldüyü açıqlanmışdı. Hazırda 5,1 mindən çox şəxsin itkin düşdüyü bildirilir.
Təbii fəlakət avqustun 26-da Nepalın şimalında baş verib. Daşqına səbəb uçqun olub. Güclü su və dağ süxurlarından ibarət sel çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək geniş əraziləri su altında qoyub.
Təbii fəlakət Çində də ciddi fəsadlara səbəb olub. Burada 43 nəfərin öldüyü, 519 nəfərin isə itkin düşdüyü bildirilir.
80












