Polis relsləri oğurlayan 3 şəxsi hadisə yerində saxladı
Lənkəran rayonunda dəmiryolu ərazisindən relslər oğurlanıb.
1news.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri - 50 yaşlı A.İsayev, 53 yaşlı İ.Qəmbərov və 37 yaşlı N.Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
71












