Türkiyə XİN Bakının azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN Bakının azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

First News Media11:30 - Bu gün
Türkiyə XİN Bakının azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar paylaşım edib.

1news.az xəbər verir ki, paylaşımda deyilir:

"Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edir, müstəqillik uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla yad edirik".

 

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər