Nehrəmdə yeni məktəb istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nehrəmdə yeni məktəb istifadəyə verilib

First News Media13:39 - Bu gün
Nehrəmdə yeni məktəb istifadəyə verilib

Babək rayonunun Nehrəm qəsəbəsində 15 sentyabr – Bilik Günündə yeni tam orta məktəb istifadəyə verilib.

1news.az report-a istinadən xəbər verir ki, 3 saylı 522 şagird yerlik, üçmərtəbəli məktəbdə 30 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.

Hazırda məktəbdə 508 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur.

Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi yaradılıb. Həmçinin içməli su təminatı və yanğın təhlükəsizliyi məqsədilə su anbarları istifadəyə hazır vəziyyətə gətirilib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər