Baş Prokurorluq Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adlarını açıqlayıb – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adlarını açıqlayıb – SİYAHI

21:03 - 28 / 10 / 2020
Baş Prokurorluq Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adlarını açıqlayıb – SİYAHI

27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Respublika Baş Prokurorluğundan 1news.az-a verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində  5-i qadın olmaqla, 21 nəfər həlak olub (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Bərdə şəhərində həlak olmuş şəxslərin S İ Y A H I S I:

1.1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı

2.1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu

3.1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı

4.1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu

5.1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı

6.1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı

7.1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu

8.1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu

9.1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu

10.1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu

11.1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu

12.1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu

13.1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu

14.1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu

15.1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu

16.1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu

17.1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu

18.1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu

19.1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu

20.1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu

21.1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat edib).

S.Xankişiyeva

 

Paylaş:
320

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər