Bu gün Avroliqa bərpa olunur - 4 oyun keçiriləcək | 1news.az | Xəbərlər
Futbol

Bu gün Avroliqa bərpa olunur - 4 oyun keçiriləcək

15:10 - 05 / 08 / 2020
Bu gün Avroliqa bərpa olunur - 4 oyun keçiriləcək

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunur.

1news.az qol.az-a istinadən xəbər verir ki, bu gün Avropa Liqasında 4 görüş keçiriləcək.

İstanbulda "Kopenhagen"ə minimal hesabla qalib gələn son Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə Danimarkada qarşılaşacaq.

Donetsk "Şaxtyor"u səfərdə məğlub etdiyi (2:1) "Volfsburq"u evdə qəbul edəcək. "Mançester Yunayted" öz meydanında Avstriya LASK-ı ilə qarşılaşacaq. "Qırmızı şeytanlar" səfərdəki görüşdə 5 cavabsız qolla qalib gəlib.

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olacaq. Qalib Almaniyanın Helzenkirhen şəhərində 1 görüşlə müəyyənləşəcək.

5 avqust

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə)
İlk oyun - 0:1

20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya)
İlk oyun - 2:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)
İlk oyun - 5:0

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
İlk oyun keçirilməyib

Qeyd edək ki, bu mərhələnin daha 4 oyunu sabah keçiriləcək. Çempionlar Liqasında 1/8 finalın cavab matçları isə avqustun 7 və 8-də oynanılacaq.

1news.az

Paylaş:
663

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər