ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı” | 1news.az | Xəbərlər
Cəmiyyət

ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı”

11:20 - 20 / 06 / 2018
ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı”

Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı teatr mövsümünün son premyerasını iyulun 7-də təqdim edəcək.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Onun sözlərinə görə, ƏSA Teatrının təqdim edəcəyi premyera nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə bayram hədiyyəsi olaraq hazırlanıb. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 7 iyulda Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.

Nicat Qulamın sözlərinə görə, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.

“Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. Həmçinin, tamaşaçılar teatr mövsümünün son premyerasını Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərilə yanaşı, ən sevilən mədəniyyət və incəsənət nümayəndələri ilə birgə izləyə biləcəklər”.

ƏSA Teatrı tamaşaçıları əmin edir ki, “Paris partladı” tamaşasının premyerasını izləməklə Azərbaycan teatrı haqqında düşüncələrini yeniləyəcəklər. Məlumat üçün bildirək ki, tamaşanın biletləri artıq şəhərimizin bir çox ünvanlarında – iTicket.az onlayn bilet satış portalında, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərində, Asan Xidmət Mərkəzlərində, həmçinin, şəhərin bütün kassalarında satılır.

Ən diqqətçəkən məqam isə odur ki, biletlər hər kəsin cibinə uyğundur – 3, 6, 9, 12, 15, 18, 22 və 30 AZN-dir. ƏSA Teatrı fəaliyyətini dəstəkləmək istəyən tamaşaçılar üçün xüsusi biletləri 500 AZN dəyərində satışa çıxarıb.

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu,  bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıiğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır. ƏSA Teatrı ənənəsinə sadiq qalaraq, bu dəfə də nitq məhdudiyyətli tamaşaçılarını nəzərə alıb, tamaşanı surdo tərcümə ilə həyata keçirəcək.

S.Xankişiyeva

 

Paylaş:
618

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər