#Evdə QALereya. Evdən çıxmadan incəsənətdən zövq alın – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

#Evdə QALereya. Evdən çıxmadan incəsənətdən zövq alın – FOTO – VİDEO

16:40 - 09 / 04 / 2020
#Evdə QALereya. Evdən çıxmadan incəsənətdən zövq alın – FOTO – VİDEO

# Evdə QALereya QGallery-nin (“Qız qalası” qalereyası) təşəbbüsü ilə yaradılan video layihədir.

Bir neçə gündən bir qalereyanın sosial şəbəkələrdəki səhifələrində istedadlı rəssamların yaradıcılığına və tərcümeyi-halına həsr olunmuş məlumatlandırıcı videolar çıxır.

Yeni layihənin ideya və konsepsiyası, habelə qalereyanın özü haqqında daha çox məlumat əldə etmək üçün Azərbaycanın Əməkdar incəsənət xadimi, Dövlət Rəssamlıq Akademiyasının dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü və “Qız qalası” (QGallery) özəl rəsm qalereyasının direktoru Emin Məmmədovla əlaqə saxladıq.

“Hər kəsin “Qız qalası” qalereyası kimi tanıdığı QGallery 90-cı illərin sonlarında mən və atam, Azərbaycanın Xalq artisti Səlhab Məmmədov tərəfindən yaradılıb. O vaxt qalereyam atamın emalatxanasında, onun yaradıcılıq studiyasında açıldı. Açıldığı gündən qalereyamıza bir çox savadlı insanlar - sənət həvəskarları baş çəkdilər.

Koronavirusun yayılması ilə əlaqədar indiki vaxtda sənətkarlarımız da təcrid olunmuş vəziyyətdə, olduqca çətin bir dövr keçirirlər. Düzdür, mənə görə, bu dövr çox məhsuldar ola bilər - çünki rəssam yeni əsərlər yarada, çox düşünərək beyninə çox maraqlı fikirlər gələ bilər.

90-cı illərin sonları da yaradıcı insanlar üçün çox çətin bir dövr idi, yeni müstəqil dövlət quruculuğu prosesi davam edirdi, onlar yeni dünyanı anlamalı və həyatlarını ona görə qurmalı, habelə azadlıq və müstəqilliyin ortaya çıxması şəraitində yaradıcılıqlarını hara yönəldəcəklərini müəyyən etməli idilər.

Həmin günlərdə ən məşhurlarından tutmuş ən gənc rəssamlara qədər bütün yerli rəssamlar öz rəsmlərini bizim qalereyada sərgiləyirdilər.

Bir paralel çəkirəm, çünki indi bütün muzeylər, qalereyalar və sərgi salonları bağlıdır, bütün tədbirlər ləğv edilib. Yəqin ki, # EvdəQal şüarını artıq görmüsünüz.

İndi dünyadakı vəziyyətlə əlaqədar olaraq, ölkə rəhbərliyinin vətəndaşların və onların sağlamlıqlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi tədbirləri görürük. Bu təşəbbüsə qoşularaq # Evdə QALereya layihəsini yaratdıq. Bu layihə çərçivəsində sənət adamları və sənət həvəskarları ilə əlaqə saxlayırıq və insanları istedadlı müasirlərimizin sənət işləri ilə tanış etməyə davam edirik. “Evdə QALereya” layihəsinin əsas ideyası da məhz budur” deyə, Emin Məmmədov qeyd edib.

1news.az

Paylaş:
820

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər