Ermənilərin faşist sevgisi – Azərbaycan torpaqlarına səfər edən Alman deputat partiyadan uzaqlaşdırıldı | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin faşist sevgisi – Azərbaycan torpaqlarına səfər edən Alman deputat partiyadan uzaqlaşdırıldı

15:39 - 21 / 05 / 2020
Ermənilərin faşist sevgisi – Azərbaycan torpaqlarına səfər edən Alman deputat partiyadan uzaqlaşdırıldı

Ölkəmizin işğal olunmuş ərazilərinə səfər etmiş Alman deputatı Almaniya üçün Alternativ (AfD) partiyasının sıralarından uzaqlaşdırıldı.

1news.az xəbər verir ki, Almaniyanın radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının idarə heyətinin 15 may 2020-ci il tarixli iclasında partiyanın Brandenburq qanadının rəhbəri, Branderburq Landtaqının AfD fraksiyasının sədri Andreas Kalbitsin (Andreas Kalbitz) partiya sıralarından xaric edilməsinə dair qərar qəbul  edilib. Buna səbəb deputatın 1993-1994-cü illərdə sağçı ekstremist “Vətənə sadiq alman gəncləri” (HDJ) adlı təşkilata və neonasist “Almaniya Milli Partiyası”na (NDP) üzv olmasını AfD-üzvlük üçün verdiyi ərizəsində gizlətməsi olub.

Sözügedən faktı Almaniya Federativ Respublikasının əks-kəşfiyyat orqanı olan Konstitusiyanın Mühafizəsi İdarəsi (KMİ) sonradan açıqlayıb. A.Kalbits qeyd edilən faktı etiraf edib, ancaq partiyanın qərarına qarşı hüquqi addımlar atacağını da qeyd edib.  

Xatırladırıq ki, hələ bir müddət öncə Ermənistanın Almaniyanın radikal sağçı AfD partiyası ilə əməkdaşlığı və partiyanın üzvlərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərlərinin təşviq edildiyi barədə məlumat vermişdik. Bu deputatlar sırasında Andreas Kalbitsin də adı vardı. 

16 dekabr 2019-cu ildə yazdığımız yazı: Faşizmi qəhrəmanlaşdıran Ermənistanın Almaniyanın radikal sağçı partiyası ilə əməkdaşlığı

A.Kalbits AfD daxilində KMİ-nin sağçı ekstremist adlandırdığı “Flügel” adlı şəbəkənin fəal üzvüdür və Brandenburq torpağında sağçı ekstremist AfD-çilərinin siyasi lideri hesab olunur. Onu adı, 2019-cu ildə digər AfD-çilərlə birlikdə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Azərbaycan Respublikasının “arzuolunmaz şəxslər” siyahısında yer alıb.  

AFD Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları, o cümlədən Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaq kimi məsələlər daxildir. AFD-ni islamafob, anti-semitist, irqçi, enti-demokratik və “BREXİT” partiyası adlandırırlar və Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər. 

Bu fakt bir daha onu göstərir ki, Ermənistanın ekstremist və neonasist baxışlara sahib olan şəxslərlə tarixən mövcud olan əməkdaşlığı bu gün də davam etməkdədir. Əlbəttə, faşistlərlə əməkdaşlıq edən quldurları qəhrəmanlaşdıran bir ölkədən başqa nə gözləmək olmaz. Ancaq Ermənistan dərk etməlidir ki, bu siyasətinin sonu ona xoş heç nəyi vəd etmir, əməkdaşlıq etdiyi deputat Andreas Kalbitsin halında olduğu kimi. 

Ermənilərdə olan faşist sevgisi heç də yeni deyil. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən Müharibəsi illərində faşist Almaniyasının qoşunlarının sıralarında döyüşdüyü məlum olub.

Bu faktın üstü Nikol Paşinyanın Facebookda paylaşdığı statusdan sonra erməni jurnalistlərin baş nazirin babasının şəxsiyətini üzə çıxarmaq üçün apardıqları araşdırmalardan sonra açılıb.

İravunk.com saytında getmiş “Düşmənlə əməkdaşlıq etdi, öldü”: Nikol Paşinya haqqında məlumatlar” başlıqlı məqalədə baş nazirin babası konkret faktlar əsasında ifşa edilir.

Xatırladaq ki, 9 May ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyan onunla eyni adı daşımış babası Nikol Paşinyanın şəklini yayımlayaraq aşağıdakı sözləri yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci piyada diviziyasının 554-cü piyada alayında xidmət etmişdir. Vətən uğrunda ölənlərə əbədi eşq olsun!”.

N.Paşinyanın babasının fotosunu paylaşmasından dərhal sonra yazılan şərhlərdə babası Nikol Vartanoviç Paşinyanın nasist ordusunun sıralarında, yəni Qaregin Njdenin rəhbərlik etdiyi legionda döyüşdüyü bildirilib.

Baba Paşinyanın düşmənlə əməkdaşlığını təsdiq edən sənədlər sosial şəbəkənin diqqətli istifadəçiləri tərəfindən də aşkar edilib.

Belə ki, 2007-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Xatirə” adlı veb saytda (www.obd-memorial.ru) Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə həlak olmuş, itkin düşmüş Vətən müdafiəçiləri haqqında məlumatlar yer alıb. Həmin saytda Nikola Paşinyan haqqında da məlumatlar yer alır, bu da Ermənistan mediasının yaydığı məlumatlarla tamamilə üst-üstə düşür.

Alman mühasibat sənədi. Legioner Nikolay Vartanoviç Paşinyan, 1913-cü ildə Ermənistan SSR-də Yenokavan kəndində anadan olub və 1943-cü ildə Çviaxeldə (Hazırda Ukraynada yerləşən Novograd-Volınski şəhəri) vəfat edib.

Göründüyü kimi, dünya faşizmə qarşı yönəldiyi bir dövrdə faşizmin təbliği yolverilməz olsa da, ermənilər məqsədli şəkildə  faşizmi qəhrəmanlaşdırırlar. Ermənilərin  həmişə faşizmə və faşistlərə xidmət etmələri, faşistlərə olan sevgisi nəinki  ikinci dünya müharibəsində, Ermənistanın bu gün yeritdiyi  faşizm siyasətində də özünü göstərir. 

1news.az

Paylaş:
780

Son xəbərlər

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32
Bütün xəbərlər