“Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsinə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsinə start verilib

12:25 - 10 / 04 / 2020
“Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsinə start verilib

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Gələcək naminə birlikdə!” adlı onlayn respublika videoçarx müsabiqəsinə start verilib. 

Nazirlikdən 1news.az-a verilən məlumata görə, müsabiqə Bakı şəhəri və digər regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.  

İki mərhələdən ibarət olan müsabiqə iki yaş qrupu üzrə (7-12, 13-17) təşkil olunur. Müsabiqəyə hər yaş qrupu üzrə yalnız bir videoçarx ilə qatılmaq olar. Müddəti 1-3 dəqiqədən artıq olmayan videoçarxlarda ailə üzvlərinin də iştirakına icazə verilir. Müəllifin adı və soyadı, yaşı, təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı göstərilməklə videoçarxlar aprelin 13-dən 26-dək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına ([email protected]) göndərilə bilər.

Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. Qaliblər diplom və hədiyyələrlə mükafatladırılacaqlar.

Məqsəd yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsi, istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.

Qafar Ağayev

Paylaş:
716

Son xəbərlər

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51
Bütün xəbərlər