Gənc sahibkarlar investisiya ilə mükafatlandırıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc sahibkarlar investisiya ilə mükafatlandırıldı – FOTO

14:51 - 01 / 08 / 2019
Gənc sahibkarlar investisiya ilə mükafatlandırıldı – FOTO

2018-ci ildə start götürən və 2030 gənci əhatə etmiş “New Generation” layihəsinin bağlanış mərasimi keçirilib.

1news.az xəbər verir ki, “Coca-Cola” Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən “New Generation” layihəsinin bağlanış mərasimi və final mərhləsi olan “pitch day” Innovasiyalar Agentliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib. “Pitch Day” həmçinin müxtəlif sahələrdən olan şəxslərin və sahibkarların şəbəkələşməsi üçün də böyük imkanlar yaradıb.

“New Generation” layihəsi çərçivəsində 4 iqtisadi regiondan (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) layihənin 4 mərhələsini yekunlaşdırmış 17 sahibkar investorlar qarşısında həyəcanla dolu çıxışlar edərək öz bizneslərini təqdim edib. Daha sonra münsiflər heyətinin gərgin müzakirələrinin ardından qaliblər seçilib.

Mükafatlandırılan sahibkarlar tələbələr üçün platforma olan “Buqelemun” layihəsi ilə Aslan Məmmədli, 10.000 manat, istifadəçilərin öz xidmətlərini rəqəmsallaşdıracağı veb-sayt hazırlanması üzrə fəaliyyət göstərən “Owbike” layihəsi ilə Həsənağa Azad, 5000 manat; vakansiyaların ümumi toplanması və mübadiləsi üçün fəaliyyət göstərən “Vakantyer” layihəsi ilə Cavid Əhmədov, 3000 manat; xüsusi diqqətə ehtiyacı olan uşaqlara xidmət göstərən, inkluziv uşaq bağçası “Uğur Birlik” layihəsi ilə Elnarə Qaraxanova, 2000 manat investisiya qazanıb. Qalib olan layihələrdən “Buqelemun” və “Vakantyer” Quba-Xaçmaz iqtisadi regionundan, “Uğur Birlik” Gəncə-Qazax iqtisadi regionundan, “Owbike” isə Abşeron iqtisadi-regionunu təmsil edərək layidə iştirak edib.

Tədbirdə Gənclər və İdman Nazirnin müavini İntiqam Babayev, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev, “Avropa İttifaqının Gənc Sahibkarlar Assosasiyası”nın birinci vitse-prezidenti və Qlobal Komitəsinin rəhbəri Patrick Kovacs, İnnovasiyalar Agentliyinin direktoru Tural Kərimli, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icracı direktorunun müavini Azər Bayramov, İsrail Səfirliyinin Birinci katibi və Missiya Rəhbərinin müavini Avital Rosenber, Prezident Administrasiyasının rəsmiləri, ABAD, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, digər dövlət və biznes qurumlarının, həmçinin KİV nümayəndələri, “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşları, gənc sahibkarlar və startapçılar iştirak edib.

Açılış nitqində çıxış edən “Youth Inc.” Sahibkarlıq Proqramının həmtəsisçisi Şahin Seyidzadə proqramın 2011-ci ildən bəri olan fəaliyyət yolu, uğurları və nəticələri haqqında məlumat verib. Şahin Seyidzadə öz çıxışında 2011-ci ildə ölkə başçısı Cənab Prezident İlham Əliyevlə görüşün nəticəsində atılan addımın artıq bu gün Azərbaycanda sahibkarlığın inkişafına böyük töhfələr verdiyini qeyd edib.

Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev öz çıxışında “New Generation” layihəsi timsalında gənclərin sahibkarlıq fəaliyyətinə olan dövlət dəstəyindən, 8 il ərzində “Youth Inc.” Sahibkarlıq Proqramının əhatə etdiyi gənclərdənvə sahibkarlığın inkişafı üçün atılan addımlardan bəhs edib.

Həmçinin çıxış edən “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib ki, “Coca-Cola” şirkəti hər zaman gənclərin sahibkarlıq təşəbbüslərini qiymətləndirir və fərqli yollarla dəstəkləyir. Uğurla yekunlaşmış “New Generation” layihəsində olan fəaliyyətlərdən yararlanmış və investisiya qazanacaq biznes layihələr də bunların bir qismidir.

Tədbirin davamında çıxış edən “Avropa İttifaqının Gənc Sahibkarlar Assosasiyası”nın birinci vitse-prezidenti və Qlobal Komitəsinin rəhbəri Patrick Kovacs “Youth Inc.” tərəfindən icra edilmiş bu tipli layihələrin Azərbaycanda gənc sahibkarların və sahibkarlıq ekosisteminin inkişafına necə böyük dəstək verməsindən, həmçinin artıq 7 ildir davam edən qarşılıqlı tərəfdaşlıqdan söhbət aparıb.

1news.az

Paylaş:
2907

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər